• İş saatları 09:00 - 18:00

    Bazar ertəsi - Cümə

  • Tovuz, Azərbaycan

    AZ6000, Tovuz şəhəri, Şəhriyar küçəsi 2

Tovuz Kobim

Haqqımızda

Dünyanın aparıcı iqtisadiyyatlarının uğurunun əsasında mikro, kiçik və orta biznesin (KOB) inkişafı üçün həmin ölkələrdə güclü və əhatəli dəstək mexanizmlərinin olmasıdır. KOB-ların ölkə iqtisadiyyatında rolunun artırılması hər bir ölkədə olduğu kimi, Azərbaycanda da iqtisadi siyasətin əsasını təşkil edir. 
Ölkəmizdə KOB-ların inkişafına institusional dəstəyin əsası 2017-ci ilin dekabrında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə yeni yaradılmış Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) fəaliyyətə başlaması ilə qoyulmuşdur.
KOBİA-nın əsas məqsədi KOB-ların yaradılmasına və inkişafına müxtəlif mexanizmlər və alətlər vasitəsilə dəstək olmaq, bu sahədə beynəlxalq təcrübəni tətbiq etməklə KOB subyektlərinin ölkə iqtisadiyyatında rolunu artırmaq. Qeyd olunan məqsədlərə çatmaq üçün KOBİA tərəfindən yaradılan səmərəli dəstək mexanizmlərindən biridə KOB İnkişaf Mərkəzləridir. KOB Inkişaf Mərkəzləri KOB-lara təlim, məsləhət və şəbəkələşmə sahəsində xidmətlər göstərirlər.
Növbəti belə Mərkəzlərdən biri Tovuz, Ağstafa və Qazax rayonlarını əhatə edən Tovuz KOB İnkişaf Mərkəzi 2021-ci ilin iyun ayında yaradılmışdır. Tovuz KOB İnkişaf Mərkəzi qeyd olunan rayonlarda fəaliyyət göstərən KOB-lara və yeni biznesə başlayanlara öz bizlərini qurmaq və inkişaf etdirmək üçün təlim, məsləhət və şəbəkələşmə xidmətləri təqdim edir və onları əməkdaşlığa dəvət edir.

Məqsədimiz

Tovuz KOB İnkişaf Mərkəzinin məqsədi Tovuz, Ağstafa və Qazax rayonlarında fəaliyyət göstərən KOB-lara və yeni biznesə başlayanlara yeni ideyalarının gerçəkləşməsinə, mövcud bizneslərinin inkişafına, mal və xidmətlərinin bazarının genişlənməsinə və ixracına, maliyyəyə çıxışına, bizneslərinin strateji və əməliyyat idarəetməsinə, korporativləşməsinə, ictimai birliklərinin və klastrlarının yaradılmasına təlim, məsləhət və şəbəkələşmə xidmətləri vasitəsi ilə dəstək verməkldən ibarətdir.

Missiyamız

Tovuz KOB İnkişaf Mərkəzinin missiyası Tovuz, Ağstafa və Qazax rayonlarında fəaliyyət göstərən KOB-lara və yeni biznesə başlayanlara praktiki tətbiq olunan, nəticəyönümlü, operativ , rahat və keyfiyyətli xidmətlər göstərməklə, müştəri məmnunluğunu təmin etməkdir.

Fəaliyyətimiz

Fəaliyyət İstiqamətləri

Tovuz KOB İnkişaf Mərkəzi Tovuz, Ağstafa və Qazax rayonlarında fəaliyyət göstərən KOB-lara və yeni biznesə başlayanlara aşağıdakı istiqamətlərdə təlim, məsləhət, şəbəkələşmə və digər xidmətləri təqdim edir:

 

  • Biznes planlaşma 
  • İdarəetmə
  • Marketinq və satış
  • Elektron ticarət
  • Maliyyə savadlığının artırılması
  • Mühasibat uçotunun əsasları
  • İdxal/İxrac əməliyyatları
  • Dövlət dəstək mexanizmləri və e-xidmətlər
  • Əmək hüququ
  • Lisenziya və icazələr
  • Biznesin rəqəmsallaşması
  • Digər biznesə dəstək xidmətləri

Bütün KOB İnkişaf Mərkəzlərində olduğu kimi, Tovuz KOB İnkişaf Mərkəzi tərəfindən göstərilən xidmətlər KOB-lar üçün ödənişsizdir və xidmət haqları KOBİA tərəfindən ödənilir.

MÜRACİӘT FORMASI

Gәlin birlikdә inkişaf edәk